ONN İnformasiya Agentliyi

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb
16 Mart 2018 - 15:46

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

ONN media xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə klubların rəqibləri “kor püşk”lə müəyyənləşib. Püşk İngiltərə klubları “Liverpul”la “Mançester Siti”ni üz-üzə qoyub.

Mərhələ İspaniya – İtaliya duelləri ilə əlamətdar olacaq. “Barselona” “Roma”, “Real” “Yuventus”la görüşəcək. Digər cütdə isə “Bavariya” “Sevilya”nı sınağa çəkəcək.

Çempionlar Liqası

1/4 final

“Barselona” (İspaniya) – “Roma” (İtaliya)

“Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) – “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png