ONN İnformasiya Agentliyi

PSJ-nin prezidentinə RÜŞVƏT İTTİHAMI

PSJ-nin prezidentinə RÜŞVƏT İTTİHAMI
20 Fevral 2020 - 22:37

İsveçrə Baş Prokurorluğu PSJ-nin prezidenti və “BeIN Media Group”un sahibi Nasser Əl-Xəlafini korrupsiya cinayətində ittiham edib.

ONN media xəbər verir ki, qətərli iş adamının FİFA-nın keçmiş baş katibi Jerom Valkeninə rüşvət verdiyi bildirilib.

İsveçrə Baş Prokurorluğu hesab edir ki, J. Valke rüşvət qarşılığında 2013 – 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının yayımlamaq hüququnu “BeIN Media Group”un əldə etməsinə köməklik göstərib. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.

Prokurorluğun bildirdiyinə görə, N.Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa hədiyyə edib.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png