ONN İnformasiya Agentliyi

“Qarabağ”- “Neftçi” oyununa baxmaq istəyənlərin NƏZƏRİNƏ

“Qarabağ”- “Neftçi” oyununa baxmaq istəyənlərin NƏZƏRİNƏ
29 Sentyabr 2022 - 19:53

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün biletlərin qiyməti bəlli olub.

ONN media Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-u saat 11:00-da satışa çıxarılacaq biletlərin qiyməti sektorlara uyğun olaraq, 5 – 20 AZN arasında dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah yalnız onlayn qaydada (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.

Qeyd edək ki, oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png