ONN İnformasiya Agentliyi

Qurban Qurbanov transfer olunacaq?

Qurban Qurbanov transfer olunacaq?
25 Mart 2024 - 21:38

Futbol agenti Ramil Adıgözəlov “Leqalbet” ilə söhbətində Moskva “Spartak”ının “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlandığını bildirib.

“Qurban Qurbanov əla mövsüm keçirdi. Düşünürəm ki, bir çox klublar ona diqqət yetirir. “Latsio”dan, Türkiyə çempionatından söhbət gedir.

Ehtimal ki, “Spartak” da onun arxasınca düşüb. Ona böyük tələbat var və bu məntiqlidir”, – deyə Adıgözəlov bildirib.

Xatırladaq ki, bu mövsüm “Qarabağ” Avropa Liqasında ilk dəfə 1/8 final mərhələsinə yüksəlib və burada Leverkuzen “Bayer”inə uduzub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png