ONN İnformasiya Agentliyi

Ulduz futbolçu “Yuventus”u tərk etdi – RƏSMİ

Ulduz futbolçu “Yuventus”u tərk etdi – RƏSMİ
12 Avqust 2020 - 22:05

İtaliya “Yuventus”u futbolçusu Blez Matüidi ilə yollarını ayırıb.

ONN media  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xidmətlərinə görə fransalı yarımmüdafiəçiyə təşəkkür edən Turin təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2017-ci ilin yayında Fransa PSJ-sindən “Yuventus”a keçən Matyüdinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasına transfer olacağı gözlənilir.

Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png