Vergilər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət kassa aparatlarının tətbiq olunması sahəsində işlər davam edir. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq müəyyən olunan tarixədək Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələri üzrə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə keçidin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır.
Yeni nəsil nəzarət kassa aparatları nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi təmin edilir. Yeni nəsil kassa ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir. Yeni nəsil kassa aparatları köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Əsas üstünlüklərə məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılması daxildir.
Yeni nəsil kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.
Kriptoqrafik alqoritmlərdən kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə olunur.
Yeni çek formalarının əsas üstünlüklərindən biri - üzərində qeyd edilən QR kodudur (və unikal identifikator). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını yoxlamaq imkanını əldə edir.
Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılmasıda nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.
Qeyd olunan üstünlüklər vergi yoxlamalarının ümumi sayının qismən azalmasına, sistemin şəffaflığının artırılmasına, kassa əməliyyatlarının (biznesin) uzaqdan idarə olunmasına, satış əməliyyatlarının sadələşməsinə və digər müsbət dəyişikliklərə yol açacaq.



Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək
Kassa aparatlarının operatorlarının fəaliyyəti necə olacaq?
Bu marketlərdə yeni kassa aparatları quraşdırılır
214 milyon manat ƏDV geri qaytarılıb
“ƏDV geri al” ilə bağlı YENİ XƏBƏR
Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək
Bunu etməyən sahibkarlar cərimələnəcək - RƏSMİ
Sədərək TM bağlanır?- Rəsmi
ƏDV-nin qaytarılması necə həyata keçiriləcək? - İZAH
"ƏDV geri al" vasitəsilə istehlakçılara bu qədər vəsait qaytarıldı
Yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 