Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib. Həmçinin, qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda deyilir. Qeyd edilir ki, bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb. Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb. Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Azərbaycanın işğal olunmuş ərazilərində bankomat şəbəkəsi üzərindən ödəniş kartlarının qəbulu dayandırıldı



Prezident tapşırıq verdi: banklar hərəkətə keçdi
Prezident İlham Əliyev fərman imzaladı
Bankların birgə bankomat şəbəkəsi istifadəyə verildi
Azərbaycanda bu bank ləğv edildi
Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır
Banklar gücləndirilmiş iş rejiminə keçir
Azərbaycanda banklar gücləndirilmiş iş rejiminə keçir
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
Daha bir ölkədən Rusiyaya böyük zərbə
Azərbaycanın hazırladığı hesabat BMT-nin rəsmi sənədi kimi yayıldı
Silahlı Qüvvələrə ianə köçürmək istəyənlərin NƏZƏRİNƏ - FOTO
Qarabağdakı "seçkilər" qurma oyundan başqa bir şey deyil - XİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 