Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək. ONN media xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı gözlənildiyinin əksinə olaraq, yumşaq qərar qəbul etsə də, hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşlmır: “Avropa Mərkəzi Bank depozit faizlərinin – 0.40 faizdən -0.50 faizədək endirilməsi barədə qəbul etdiyi qərar valyuta bazarına hələlik təsirsiz ötüşsə də, bu addım funt-sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyli azaltdı. Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyətindədir. Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. Əsas “yenidən-maliyyələşdirmə əməliyyatları” və “marjinal maliyyələşdirmə” fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb”. Ekspert bildirib ki, avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilinməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür: “Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin, xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırımayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilmir. Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək”.
Dollar payızda ucuzlaşa bilərmi? - Ekspert



Manat avro qarşısında niyə ucuzlaşır? - Bayramov
Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI
Manat dəyər itirəcək? - AÇIQLAMA
Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?
Dolları olanlara VACİB MƏLUMAT
Azərbaycanda dollar bahalaşacaq?
Dollar sabah bu qiymətə olacaq - Mərkəzi Bank
Lirə və rublun dəyər itirməsi manata təsir edəcək? - Deputat AÇIQLADI
Tanınmış iqtisadçıdan DOLLARLA BAĞLI vacib açıqlama: “İlin sonunda…”
Azərbaycanda dollar bahalaşa bilər?
Dollar bahalaşacaq? – Vacib AÇIQLAMALAR
Dollar bahalaşa bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 