"Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itirməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq". ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib. Millət vəkili bildirib ki, regionun aparıcı ölkələrində milli valyutaların ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var: "Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi, neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır". V.Bayramov əlavə edib ki, bununla yanaşı, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır: "Türkiyə ilə 4,5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu, ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərinin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur".
Lirə və rublun dəyər itirməsi manata təsir edəcək? - Deputat AÇIQLADI



Dolları olanlara VACİB MƏLUMAT
Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI
Manat dəyər itirəcək? - AÇIQLAMA
Tanınmış iqtisadçıdan DOLLARLA BAĞLI vacib açıqlama: “İlin sonunda…”
Azərbaycanda dollar bahalaşacaq?
Neft niyə kəskin ucuzlaşdı?
Azərbaycanda dollar bahalaşa bilər?
Dollar bahalaşa bilər
Dollar payızda ucuzlaşa bilərmi? - Ekspert
Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?
Dollar bahalaşa bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 