2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən ONN media-ya verilən məlumata görə, ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.
Cari ilin birinci yarısında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
|
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2017-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə |
|
Pərakəndə ticarət dövriyyəsi |
17 145,9 |
102,5 |
|
o cümlədən: |
||
|
ərzaq məhsulları |
7 743,0 |
102,0 |
|
içkilər və tütün məmulatları |
756,0 |
100,9 |
|
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
3 095,5 |
103,1 |
|
elektrik malları və mebellər |
990,5 |
102,8 |
|
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
121,1 |
101,9 |
|
əczaçılıq və tibbi mallar |
224,3 |
102,2 |
|
avtomobil yanacağı |
972,1 |
101,7 |
|
digər qeyri-ərzaq məhsulları |
3 243,4 |
103,6 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 13,8 faizi ticarət müəssisələri, 52,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,6 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,7 faiz artıb, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalıb.
Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.



Əhali 11 ayda ərzağa nə qədər xərcləyib?
Əhali 8 ayda nə qədər pul xərcləyib?
Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?
Əhali bir ayda ərzağa nə qədər pul xərcləyib?
Azərbaycanda ən çox nəyə pul xərclənilir? — SİYAHI
Əhali dərmana nə qədər pul xərcləyib?
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?
Bakı əhalisi qeyri-ərzaq məhsullarına nə qədər xərcləyib?
Bir ayda benzindən əldə edilən gəlir açıqlandı
Azərbaycan əhalisi pullarını hara xərcləyir?
Paytaxt sakinlərinin ərzağa xərclədiyi vəsait açıqlandı
Bakıda əhali ərzaq, içki və tütünə nə qədər pul xərcləyib?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 