“Formula 1” Azərbaycan Qran-Prisinin qiymətləri açıqlanıb. ONN media xəbər verir ki, yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dörd günlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Dörd günlük biletlərə tətbiq olunan 20%-lik endirim kampaniyasından əlavə, 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər təqdim olunacaq. Belə ki, azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Azyaşlılar üçün dörd günlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılacaq.
Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan bir günlük biletlərə 20%-lik endirim şamil olunmayacaq və bu biletlər tam qiymətlə satılacaq. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri 110-190 manat aralığındadır. Qeyd edək ki, Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan əcnəbilər biletləri 22 oktyabr – 15 yanvar tarixləri aralığında alarsa, 25%-lik endirimlə üzləşəcək. Onu da bildirək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqələrin təqdim edilməsi tələb oluna bilər.(Oxu.az)“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT



“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti AÇIQLANDI
Formula-1 Qran Prisinin bütün biletləri satıldı
"Qarabağ"- "Neftçi" oyununa baxmaq istəyənlərin NƏZƏRİNƏ
Formula 1 bu tribunasına bütün biletlər satıldı
Formula 1 biletlərinin qiyməti açıqlandı
“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?
"Formula 1" həvəskarlarına PİS XƏBƏR
Bakıdakı “Formula-1” yarışı keçirilməyə bilər: Bu gün qərar veriləcək
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı bilindi
"Formula 1": Yeni biletlər satışda!
İlham Əliyev SƏRƏNCAM İMZALADI
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 