Portağalın qiyməti dörd manat olaraq qala bilməz. Gələn həftədən ucuzlaşa bilər. ONN media xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli mövsümdən asılı olaraq sitrus meyvələrinin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib. “Portağal bazara yeni çıxarılıb. Sitrus meyvələrinin hərəsinin yetişmə dövrü var. Bu da iqlim amillərindən və onlardan qulluqdan asılı olur.
Ümumiyyətlə, dünyanın hər yerində bahalı və ucuz bazarlar var. “Vasmoy”, “Meyvəli” və “Sumqayıt” bazarlarında qiymətlər əlverişlidir. Əsas istehlakçıların getdiyi bazarlarla digər supermarketlər arasında portağalın qiymətində fərq var. Nübar olduğu üçün portağalın qiyməti belə bahadır. Ola bilər ki, gələn həftədən qiymətdə ucuzlaşma olacaq. Qiyməti dörd manat olaraq qala bilməz. Qarşıdan Yeni il bayramı gəldiyi üçün İran, Türkiyə və Gürcüstandan sitrus meyvələri gətiriləcək. Sitrus meyvələrinin bazarda qalma dövrü çox uzunmüddətli deyil. Ona görə də Yeni il bayramı ərəfəsində idxal faktoru ortaya girəcək. Hazırda dörd manata ən yaxşı portağal satılır. Keçən həftəsonu əsas istehlakçı bazarlarda sitrus meyvələrinin monitorinqini aparmışıq. Ən bahalı portağalın qiyməti 1.20 qəpik idi. Bu, mövsümə və portağala görə əlverişli qiymətdir. Portağalın qiyməti bundan sonra ucuzlaşacaq. Minimum 70 və ya 80 qəpiyə düşəcək. Maksimum olaraq isə biz dörd və beş manata portağallar görəcəyik. Məhsulun maya dəyəri var. Hər bir məhsul maya dəyərindən aşağı verilsə, fermerin evi yıxılar. Cəmiyyətin yüksək gəlirli təbəqəsi də az deyil. İnsan var ki, dörd manatdan aşağı portağal yemək istəmir. Amma istehlakçı insanlar, gəliri az olan, çox uşaqlı ailələr də var. Onlara 70-80 qəpiklik məhsullar təklif edilir. Bütün dünyada bu belədir. Hər bir insanın gücü nəyə çatırsa, oradan məhsul almalıdır”, - deyə ekspert bildirib. Nicat Nəsirli əlavə edib ki, bazarda feyxeonın qiymətində cüzi dəyişiklik var: “Çünki feyxoa yavaş-yavaş mövsümün sonuna yaxınlaşdığı üçün azalır. Keçən həftə ən ucuz feyxoanın 80 və 1.20 manat olduğunu müşahidə elədik. Bazarlardan yığışır deyə bu təbii prosesdir. Feyxeo ən çətin saxlanılan meyvədir. Ən az məhsulvermə xüsusiyyətinə malikdir. İki həftəyə bağlardan anbarlara yığılıb, emala gedəcək. Ona görə də keçən həftə ilə müqayisədə, bu həftə 10-15 faiz bahalaşma var. Bağlarda feyxoa 30-40 qəpiyə satılır. Bazarlarda isə 70-80 qəpiyədir. Bu da münasib qiymətdir. İstənilən məhsul bağlardan yığılan kimi dəyəri artır. Eyni zamanda, narın qiymətində bahalaşma yoxdur. Hətta keçən illə müqayisədə, qiyməti kifayət qədər əlverişlidir. Həmçinin, mövsümə görə xaricdən gələn bananın qiyməti də kifayət qədər ucuzdur. Badımcan keçən illə müqayisədə, çox ucuzdur. Pomidor mövsümü bitsə də, hələ qiyməti münasibdir. Hazırda bazarda bahalı bir və ya iki məhsul ola bilər”.oxu.azPayız barının nübar vaxtı - Meyvələr niyə “od tutub yanır?”



Bazarda bu meyvələrə tələbat artıb
Hansı sitrus meyvəsi ən faydalıdır?
Gömrük rüsumu ləğv edildi: Bu məhsullar ucuzlaşacaq
Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Stomatoloqların hər kəsdən GİZLƏTDİYİ SİRR
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Bu yağlar kəskin bahalaşdı
Bayram bahalaşması başladı- SON QİYMƏTLƏR
Bu insanlar naringi yeyə bilməz - MÜTLƏQ OXUYUN
Kənddə dincəlmək istəyənlər üçün vacib xəbər
Kərə yağının qiyməti bahalaşıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 