Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınması zamanı bəzi şəxslərin bu prosesdən kənarda qalmasının səbəbini və bununla əlaqədar görüləcək tədbirləri açıqlayıb. Dövlət Statistika Komitəsində (DSK) Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb. Onun sözlərinə görə, dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcılar vətəndaşların ünvanlarına getsə də, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər: “Belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub" adlı sənəd tərtib edilərək ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib və sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi, sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib. Lakin həmin bildirişlərin müəyyən yerlərdə qopardılaraq atılması hallarına da rast gəlinib”. A.Abbasəliyev əlavə edib ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçirilib, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkilib. Eyni zamanda, müxtəlif səbəblərdən siyahıya alınmayan şəxslərin Dövlət Statistika Komitəsində yaradılmış "Qaynar xətt mərkəzi"nə müraciəti əsasında onların siyahıyaalınması təmin edilir. DSK rəsmisi qeyd edib ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən bu ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra - 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.
Bəzi şəxslər siyahıyaalınmadan niyə kənarda qalıb?



Sabah əhalinin siyahıyaalınması başa çatır
Zakir Həsənov hərbçilərlə bağlı tapşırıq verdi
Özlərini məmur kimi təqdim edən dələduzlar peyda olub - XƏBƏRDARLIQ
Bu şəxslər Bakı metrosuna BURAXILMIR - YOXLAMALAR BAŞLADI
Bəzi şəxslərin 190 manat ala bilməməsinin SƏBƏBİ AÇIQLANDI
Şəhid ailələrinə və qazilərə ödənəcək təqaüdlərin MƏBLƏĞİ AÇIQLANDI
Baş nazir Əli Həsənova vəzifə verdi
Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Pensiya artımları nə vaxtdan veriləcək?
Pensiyalar nə vaxt ödənəcək?
Nazir: Sosial müavinətlə bağlı yeni yanaşma hazırlanır
Azərbaycanda YENİ QADAĞA: BU GÜNDƏN BAŞLAYARAQ...
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 