Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 30 avqust tarixli, 12-3 nömrəli Qərarı ilə təsdiqlənmiş “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nda dəyişiklik edilib. ONN media xəbər verir ki, bu barədə Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb. Qərara əsasən sənədin 2.1.10-cu yarımbəndində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilib. Əvvəlki redaksiyanın həmin bəndində isə bu sözlər olmayıb. Qeyd edək ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” 2.1.10-cu yarımbəndi hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) ilə bağlıdır. Qeyd olunur ki, təminat xərcliyi hərbi qulluqçuların aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin. Nazirliyi Aparatının Ümumi şöbəsinə tapşırılıb ki, bu qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçiriləcək. Qeyd edək ki, qərar noyabrın 6-dan qüvvəyə minib.
Nazirdən hərbi qulluqçularla bağlı xəbər var



Baş nazir qərar imzaladı
Hərbçilərin pensiyası yenidən hesablanacaq
Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Bu şəxslərin pensiyası artımlarla birgə ödəniləcək - Diqqət
Pensiya artımları nə vaxtdan veriləcək?
Pensiyaçılara ŞAD XƏBƏR
Sahil Babayevə yeni vəzifə verildi
Minimum pensiya artımı neçə nəfəri əhatə edəcək?
İyun ayının pensiyaları ödənildi
Pensiyaçıların sayı açıqlandı
Prezident bu hərbçilərin maaşını artırdı - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 