Yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır. ONN media xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından danışarkən deyib. V.Bayramov bildirib ki, burada söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir: “Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondu yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq, 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlilik prinsipi əsasında aparılır”. İqtisadçı bildirib ki, satın almaq məqsədi ilə kirayə evlər maksimum 25 il müddətinə təklif olunur: “Həmçinin, müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN Xidmət vasitəsi ilə müraciət edə biləcəklər”.
Kirayə mənzilləri necə satın almaq olar?



Bu gənclərə yaşayış — SAHƏSİ VERİLƏCƏK
Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək?
Mənzil almaq indi daha da sadələşir
Almaq məqsədilə kirayə evləri necə götürək? – Fərman
Mənzil bazarındakı son durum açıqlandı
Bakıda bu mənzillərin QİYMƏTİ ARTACAQ
Kirayə mənzil bazarında vəziyyət necədir?
Aylıq kirayə ödə, 25 ilə ev sahibi ol – Şərtlər
Bakıda kirayə mənzillər niyə ucuzlaşıb? - VİDEO
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
Neçə nəfər kirayə yolla ev alıb?
Bu ərazilərdə kirayə mənzillər bahalaşıb- SƏBƏB NƏDİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 