Azərbaycanda dəfələrlə ov edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan qətərli şahzadələr bu dəfə yeni məkan kimi Pakistanı seçiblər. Lakin Bəlucistan əyaləti Təbii Yaşam Departamentinin şikayətindən sonra onlar saxlanılıblar. ONN media xəbər verir ki, bununla bağlı hüquq-mühafizəçilərin verdiyi açıqlamada deyilir ki, Nuşki bölgəsində qanunsuz ov edən yeddi qətərli saxlanılıb. Bildirilir ki, saxlanılan qətərlilərdən dördü kral ailəsinin üzvüdür. Hüquq-mühafizə orqanının əməkdaşları saxlanılan şəxslərin polisdən gizlənmək üçün yerlilərə məxsus geyimlə hərəkət etdiklərini vurğulayıb. Qeyd edək ki, Pakistan hökuməti körfəz ölkələri şahzadələrinə adambaşına 100 min dollar ödəmələri müqabilində 15 bölgədə 10 günlüyünə dovdaq ovlamaq icazəsi verilir. Ən çox 100 quş ovlama haqqı olan şahzadələr 10 gündən artıq qaldıqları müddətdə daha 100 min dollar ödəməlidirlər. Nəsli kəsilmə təhlükəsi ilə üzləşən quşların ovlanması üçün ərəb şahzadələrinə verilən izn ölkədə narazılıqla qarşılanır. Yeri gəlmişkən, bildirək ki, Qətər şahzadələri bir neçə dəfə dostları ilə birlikdə Azərbaycanda da olublar. Onlar Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarda ovla məşğul olublar. Onarın Azərbaycandakı ov macəralarının görüntüləri mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılıb. / Oxu.az
Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu



Çağatay Ulusoy 80 qadınla nahar edəcək
Evlənmək istəyənlər üçün faizsiz kreditlər ARTIRILDI
Gəlindən ərinə qarşı İNANILMAZ HƏRƏKƏT
Azərbaycan XİN rəsmi məlumat yaydı
Türkiyədən Yunanıstana keçmək istəyən 12 qanunsuz miqrant donaraq ölüb
İt döyüşləri təşkil edənlərin kimlikləri müəyyənləşdi
Pakistanda təbii fəlakət 77 can aldı
İt döyüşləri üzrə “ölkə çempionatı” təşkil edənlər SAXLANILDI
AQTA-nın adından rüşvət alan şəxslərin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropadan ermənilərə rədd cavabı: XİN-dən açıqlama
Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərin lisenziyası ləğv ediləcək
Neymar "Barselona"ya geri qayıdacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 