Son günlər Qida Təhlükəsizliyi Agentliyinı (AQTA) qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olub. AQTA-dan ONN media -ya verilən məlumata görə, daxil olmuş növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini Agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb. Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntüləri əks olunub. AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub. Qurumdan bildirilib ki, dövlət orqanın nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir. https://www.youtube.com/watch?v=UpFHUfmRKwM
AQTA-nın adından rüşvət alan şəxslərin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO



AQTA Bakı sakinlərinə MÜACİƏT ETDİ
Bakıda qanunsuz kəsim məntəqələri aşkarlandı
AQTA yararsız spirtli içkiləri məhv etdi
Ərzaqla bağlı əhaliyə MÜHÜM ÇAĞIRIŞ
Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
Bu marketdə kərə yağı adı ilə spred yağ satırlarmış...
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
Bu ölkədən heyvan idxalına QADAĞA
Mənşəyi bilinməyən heyvan əti aşkar edildi - Gəncədə
AQTA sahibkarlara müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 