Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əyyub Vahid oğlu Rəhmanova məxsus “Yanar Dönər” ictimai iaşə müəssisəsində yoxlama keçirib. AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Eyni zamanda, işçilərin tibbi müayinədən keçirilməsinə dair arayışların mövcud olmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...



Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
AQTA yararsız spirtli içkiləri məhv etdi
"Göyçə təndirin"də BİYABIRÇI MƏNZƏRƏ
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
Yararsız kolbasa və sosiska məhsulları aşkarlandı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB?
Bu marketdə kərə yağı adı ilə spred yağ satırlarmış...
Bakıda bu marketdə istifadə MÜDDƏTİ BİTMİŞ məhsullar satılır
“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı
Bakıda tanınmış “Firuzə” restoranı cərimələndi
AQTA qənnadı müəssisəsinin fəaliyyətini dayandırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 