Dövlət İmtahan Mərkəzi 2019-cu il dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, test imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcək. İmtahanda iştirak üçün 252 nəfərin namizədliyi qeydə alınıb. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.
İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycanın tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаlın düzgün cavabı bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.Miqrasiya orqanlarına qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək



Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ!
DİM dövlət qulluğuna qəbul imtahanı keçirəcək
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə
Bu gün dövlət qulluğunda test imtahanı keçirilir
Dövlət qulluğuna qəbul imtahanında 1753 namizəd qeydiyyatdan keçib
Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ
DİQQƏT: Qeydiyyat sabah başa çatır
Dövlət qulluğuna imtahan keçiriləcək
XİN-də işləmək istəyənlərin nəzərinə!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 