AMEA-nın yeni Nizamnaməsi Akademiyada sahibkarlıq və innovasiya fəaliyyətinin genişlənməsinə imkan yaradacaq. ONN media xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın Ümumi yığıncağında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yeni nizamnamə Akademiyanın bundan sonrakı fəaliyyətini də stimullaşdırmaq imkanlarına malikdir: "Artıq bir neçə ildir ki, AMEA Rəyasət Heyətinin vəsatəti əsasında, ölkə Prezidentinin razılığı və Nazirlər Kabinetinin qərarı ilə Akademiyada yeni qurumlar yaradılır. Amma bu məsələlər hüquqi cəhətdən əvvəlki Nizamnamədə öz əksini tapmayıb. Yeni Nizamnamədə elmi müəssisələrin, mərkəzlərin, sosial xidmət və xidmət mərkəzlərinin sahələrinin yaradılması və fəaliyyətlərinin stimullaşdırılması, ləğvi ilə bağlı müddəalar öz əksini tapıb". İ.Həbibbəyli qeyd edib ki, indiyədək elmi bölmələr həm akademik katiblər, həm də həmin bölməyə kuratorluq edən vitse-prezidentlər tərəfindən idarə olunurdu: "Akademiyanın yeni Nizamnaməsində isə elmi bölmələrə rəhbərlik həmin bölmələrə kuratorluq edən vitse-prezidentlərə həvalə edilib. Vitse-prezidentlər Akademiyanın bölmələrinin sədrləri olacaqlar. Bununla əlaqədar I vitse-prezident və vitse-prezidentlərə köməkçi ştatları da ayrılacaq".
AMEA-da I vitse-prezidentlərə və vitse-prezidentlərə köməkçi ştatları ayrılacaq



AMEA-nın I vitse-prezidentləri məlum oldu - Adlar
AMEA birinci vitse-prezident seçir: namizədlər kimdir?
Akademiklər toplandı: Nə baş verir?
Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR
AMEA-nın yeni prezidenti Nərgiz Paşayeva oldu
AMEA-ya yeni vitse-prezident seçildi
AMEA-ya yeni prezident seçildi
Bu gün AMEA-ya yeni prezident seçiləcək?
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA-nın strukturuna dəyişikliklər ediləcək
AMEA-da “Azərbaycanlılar” kitabı müzakirə edilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 