Bu il yanvarın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyev şəhid olub. Bu qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin yaydığı məlumatda bildirilir.
Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu və Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərir. Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.
Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Azərbaycan ərazilərini hərbi işğal edib, bu ərazilərdə etnik təmizləmə həyata keçirən, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan və mütəmadi əsasda atəşkəsi pozmaqla Azərbaycan hərbi və mülki şəxslərini hədəf alan Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanuna zidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir.
Allah şəhidimizə rəhmət eləsin!



XİN-dən hərbçimizin ölümü ilə bağlı bəyanat
Ermənistan münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur - XİN
Azərbaycan ordusu şəhid verdi
Bu gün həlak olanlardan ikisi yeniyetmədir - ADLAR
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
XİN: “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı XƏBƏR YAYDI
Rəsmi Bakıdan erməni təxribatına CAVAB: Bu, terror əməlidir
Erməni hərbçilərin Kəlbəcərə girməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
XİN cəbhədəki gərginliklə bağlı məlumat yaydı
Şəhid hərbçimizin FOTOSU
XİN: Ermənistanın bu cəhdləri qəbuledilməzdir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 