Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik. Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk.
Bu gün həlak olanlardan ikisi yeniyetmədir - ADLAR



Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak oldu
Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir
Erməni terroru nəticəsində daha bir məktəbli həlak oldu
SON DƏQİQƏ: Ermənilər Tovuzda mülki şəxsi qətlə yetirdi
Ermənilərin Ağdamda təxribatı - YARALILAR VAR
Ermənilər bu dəfə Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf aldılar
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
Şəhidimizlə bağlı açıqlama
Ermənilərin açdığı atəş nəticəsində daha 2 nəfər həlak oldu, 5-i yaralandı
Gəncədən görüntülər: Düşmən beynəlxalq konvensiyaları kobud şəkildə pozdu
Tərtərdə ölən və yaralanan mülki şəxslərin adları açıqlandı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 