Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi pensiya artımı ilə bağlı açıqlama yayıb. ONN media-ya daxil olan açıqlamada deyilir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır". Bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir. Sərəncamla pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq. Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır".
Pensiyalar nə qədər artırıldı? - Nazirlik açıqladı



Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Pensiyalar nə vaxt ödənəcək?
Azərbaycanda pensiyalar artırıldı - İlham Əliyevdən SƏRƏNCAM
Pensiyalar bu gündən artımla birgə veriləcək
Pensiyalar artımla biryerdə ödənilib- RƏSMİ
Pensiya artımları nə vaxtdan veriləcək?
Prezidentdən pensiya alanlara ŞAD XƏBƏR
İlham Əliyev pensiyalarla bağlı sərəncam imzaladı
ŞAD XƏBƏR: Bütün pensiyalar artırıldı
Pensiyalar bu qədər artırıldı - Rəsmi
Pensiyalar nə qədər artacaq?
200 manat maddi yardım bu qədər pensiyaçıya veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 