Paytaxtın bəzi rayonlarında işıqforların fəaliyyəti dayanıb. ONN media bildirir ki, bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, Bakıda işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb: “Məndə olan məlumata görə, paytaxt ərazisində elektrik enerjisində yaranan müvəqqəti fasilə səbəbindən işıqforların fəaliyyətində də problem yaranıb. Lakin bu, nəqliyyatın hərəkətinə ciddi təsir göstərməyib. İşıqforlarla nizamlanan yolayrıclarında sürücülər və piyadalar özlərini çaşdırmasınlar. Onlar həmin yolayrıclarında qoyulan müvafiq yol hərəkəti nişanlarının tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər. İşıqforlarla bağlı problem yalnız bir neçə rayon ərazisində müşahidə edilib. Hazırda yaranan problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər keçirilir. Əməkdaşlarımız ərazilərdə nizamlayıcı xidmət apararaq vəziyyətə nəzarət edir. Bu dəqiqə üçün işıqforların fəaliyyəti dayanan ərazilərdə heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.
İşıqforların dayanması qəzalara səbəb olubmu? - RƏSMİ



Yağış yağdı- Bakıdakı işıqforlar sıradan çıxdı
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
Bakıda işıqforların fəaliyyəti bərpa edildi
Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırıldı
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
DİQQƏT - Bu yollar bağlanacaq
SON DƏQİQƏ: Bakıda işıqlar söndü
Abşeron İŞIQSIZ QALDI - SƏBƏB
DİQQƏT- Hərəkət məhdudlaşdırılır
Bakıda qarlı havada baş verən qəzaların sayı AÇIQLANDI
DYP bu şəxslərə müraciət etdi
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 