Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ONN media-ya bildirib ki, iyunun 6-dan iyunun 13-dək keçiriləcək bu mötəbər yarışla əlaqədar paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin bir sıra küçə və prospektləri hərəkətə bağlanmış və istiqamətlər dəyişdirilib. Yarışla əlaqədar avtomobil sahiblərindən iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik.
Vaqif Əsədov yollarda müşahidə olunan son vəziyyətlə bağlı sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edib.
“Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir. Nizamlayıcı qismində əməkdaşlarımızın verdiyi bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, vətəndaşlarımızdan daha çox ictimai nəqliyyata üstünlük verməyi də xahiş edirik”, - deyə İdarənin bölmə rəisi vurğulayıb.



Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
DYP vətəndaşlara müraciət etdi
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Ərzaq daşıyan sürücülərə DYP-dan müraciət
Bu küçələrdə nəqliyyatın hərəkəti DAYANDIRILIR - RƏSMİ
Formula 1-in TƏQVİMİ təsdiq edildi1
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
DYP -dən sürücülərə MÜRACİƏT
"Formula 1" üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 