"Gələcəkdə Azərbaycan pilotlarının da "Formula 1"də iştirak etmələri mümkündür".
ONN media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, hazırda Bakıda idmançıların yetişməsi üçün katrinq fəaliyət göstərir:
"Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır. Ola bilər ki, kimsə xaricdə məşq edir. Hazırda "Formula 1" səviyyəsində pilotumuz yoxdur".
Xatırladaq ki, bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb. Yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək.



"Formula 1" yarışlarının vaxtı uzadıldı
Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib
“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?
“Formula 1” Bakı Qran-prisi üçün mümkün tarix açıqlandı
Gələn il Bakıda "Formula 1" bu ayda keçiriləcək
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı bilindi
"Made in Azerbaijan" bütün dünyada
"Formula 1" LƏĞV EDİLDİ
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
“Formula 1” üzrə Yaponiya Qran Prisi ləğv olundu
"Formula 1": Azərbaycan Qran-prisində sprint yarışları keçirilə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 