“Azərişıq” ASC Prezident İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”. ONN media xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı son günlər sosial şəbələlərdə yayılmış videonu şərh edərkən deyib. “Bildiyiniz kimi Operativ Qərargah ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasını qadağan edib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” da bu təşəbbüsdən kənarda qala bilməzdk. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”, - deyə T.Mustafayev qeyd edib. “Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb: “Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu müraciətlər bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyatı qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda çölə çıxmasınlar”. Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə “Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə kommunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, “Azərişıq” əməkdaşına təşəkkür edir.
"Azərişıq"dan "vətəndaşa yardım" açıqlaması



Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” tapşırıq verdi
“Azərişıq”da kadr dəyişikliyi - RƏSMİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Cənubda güclü külək: "Azərişıq" hərəkətə keçdi
Düşmənin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi
"Azərişıq" həftəsonu ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
“Azərişıq” hava şəraitiylə əlaqədar qabaqlayıcı tədbirlər görür
"Azərişıq” borclu abonentlərin işığını kəsəcək?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 