Soğanın maya dəyəri 32-35 qəpiyə başa gəlir.
ONN media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
"Əgər müəssisənin ərazidən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki, bu, fermerin gəlir əldə etməsinə şərait yaratsın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiymətləri, onu daşıyanlar, qablaşdıranlar və s. haradasa üzərinə müəyyən marjalar əlavə edir. Bazarlarda yer almaq, saxlamaq yerindən asılı olaraq, haradasa 35 qəpiklik soğan 60, 65, 70 qəpiyə çıxır", deyə nazir bildirib.
H. Əsədov deyib ki, bu gün də soğanın pərakəndə satış qiyməti bu civardadır: "Bundan öncə, hətta devalvasiyadan əvvəl soğanın qiyməti 70 qəpikdən baha olub. Bu gün soğan özünün real qiymətini alıb. Belə olmasa, soğan istehsalçılarının növbəti illərdə bu məhsula diqqət yetirməməsi deməkdir. Bu halda, bizim ixracımız şübhə altına alınır. Bugünkü qiyməti normal qiymət hesab edirəm, inanmıram ki, qiymətdə dəyişikliklər baş versin",- deyə nazir vurğulayıb.



Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
Dilimlənmiş soğanın zərərləri
Kartof və soğanın bahalaşmasının səbəbi AÇIQLANDI
Kartof və soğan bu tarixdə ucuzlaşacaq - Ekspert AÇIQLADI
Bazarda bu məhsullar bahalaşıb - QİYMƏTLƏR
Nazir soğanın bahalaşmasından danışdı
Çörəyin qiyməti bu tarixdən ucuzlaşa bilər?
Azərbaycanda yumurtanın qiyməti bahalaşdı
Unun qiyməti yenidən bahalaşdı
Bakıda yemiş niyə bahadır?
Soğan niyə ucuzlaşdı?
Qanunsuz yolla ixrac olunan 20 ton soğan tapıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 