Gəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb. Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.
ONN media Xəzər TV-yə istinadən xəbər verir ki, yanacaqdolurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur.
Analoji hadisə Şəkidə də müşahidə edilir. Burda isə vətəndaşlar maye qazın 10 qəpik bahalaşdığını deyir.
Qaz satışı ilə məşğul olan şirkətin məsul əməkdaşı bildirir ki, qiymətlərin paytaxtdakı 45 qəpiklik qiymət əvəzinə 55 qəpiyə satılmasının bir sıra səbəbləri var.
İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, maye qazın topdan satışının qiyməti dövlət tərəfindən tənzimlənir. Bir ton qazın topdan satış qiyməti 300 manatdır. Ancaq qazın pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də daşınma xərclərindən asılı olaraq müxtəlif bölgələrdə maye qazın qiyməti fərqli ola bilər.
Ancaq maraqlısı budur ki, yanvar ayında maye qazın pərakəndə satış qiymətinin artması üçün heç bir qiymət artımı və ya rüsum dəyişikliyi olmayıb. Bu yerdə sual yaranır: Bəs maye qazın satışında son bir ayda baş verən bahalaşmaya səbəb nədir?
İqtisadiyyat Nazirliyi və SOCAR qiymət artımını şərtləndirəcək hansısa hadisənin baş vermədiyini bildiriblər.



SOCAR propan qazının bahalaşmasına münasibət bildirib
Qaz limitinin ləğvi təklif olundu
Soğan niyə bahalaşır? — Nazirdən AÇIQLAMA
Tarif Şurasının qərarı qüvvəyə mindi - Bu gündən işıq və qaz...
Çörəyin qiyməti bu tarixdən ucuzlaşa bilər?
Qazın qiyməti buna görə qalxdı - EKSPERTDƏN AÇIQLAMA
Təbii qazın limiti ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR
Bu ölkədə yanacağın qiyməti kəskin bahalaşdı
Ev tikmək istəyənlərə şad xəbər
Yumurtanın qiyməti bahalaşıb?- RƏSMİ AÇIQLAMA
Avropada qazın qiyməti yeni rekord qırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 