Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddəti ilə bağlı tədbirlər barədə məlumat yayıb. ONN media -ya daxil olan məlumatda deyilir: "Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi hallarda etibarnamə verilmiş şəxs nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması üçün həmin etibarnamənin müddətinin bitməsinə az vaxt qalarsa DİN Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytı və ya [email protected] elektron poçtu vasitəsilə müraciət edərək satıcı qismində özü və alıcı qismində digər şəxs haqqında məlumatları (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi, etibarnamənin nömrəsi, habelə alıcı və satıcının şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi) təqdim etməlidir. Qəbul edilmiş müraciətlər əsasında müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslərin (alıcı və satıcı) elektron poçt ünvanlarına qeydiyyat hərəkətlərində iştirak etmələri üçün xüsusi bildirşlər göndəriləcək. Bildirişdə nəqliyyat vasitəsinin təqdim olunma tarixi və vaxtı, qeydiyyat hərəkətlərinin aparılacağı Baş DYP İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ünvanı bildiriləcək, qeydiyyat proseduru yekunlaşdıqdan sonra isə bildirişlərdə sənədləri qəbul etmiş vəzifəli şəxs tərəfindən müvafiq qeydlər (yeni qeydiyyat şəhadətnaməsinin verildiyi vaxt, şəxslərin gedəcəkləri ünvan) aparılmaqla həmin şəxslərə qaytarılacaq. Bir daha qeyd olunur ki, göstərilən qaydada nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi yalnız nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsinə az vaxt qaldığı hallarda mümkün olacaq. Eyni zamanda nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamələrin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar bildiririk ki, belə etibarnamələr Ədliyyə Nazirliyi tərəfindən yaradılmış "Mobil notariat" tətbiqi vasitəsilə həftənin 7 günü 24 saat ərzində evdən çıxmadan mobil telefon vasitəsilə verilə bilər. Bu barədə ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib".
Etibarnamə ilə avtomobil sürənlərə VACİB XƏBƏR



Avtomobillərin idarə olunması üçün etibarnamə ləğv olunur?
Əgər sürücülük vəsiqənizin vaxtı keçibsə...- Mütləq oxuyun
Bu maşınların ölkəmizə girişinə icazə verilməyəcək - DİQQƏT
Mexaniki nəqliyyat vasitəsi olanların NƏZƏRİNƏ
DYP sürücülərə müraciət etdi
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib
Sürücülük etibarnaməsi ilə bağlı MÜHÜM YENİLİK
Bunu edən 2055 sürücü CƏZALANDIRILDI
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi QAYDALARI DƏYİŞDİ
Əhaliyə ŞAD XƏBƏR: bu şəxslərə parklanma pulsuz olacaq
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 