Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı nəqliyyat vasitəsi sahiblərinə və sürücülərə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev ONN media-ya bildirib ki, ötən il “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib: “İlk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə-iki ildə bir dəfə; istehsal olunduğu vaxtdan on il keçdikdə-ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır”.
R. Quliyev qeyd edib ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və “ASAN ödəniş” sisteminə elektron qaydada göndərilir: “Bununla yanaşı, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa edilmiş müvafiq dəyişikliklərə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır”.
Xatırladaq ki, Baş Dövlət Yol Polis İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikanın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.



DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Baş nazirdən mühüm QƏRAR
DYP sürücülərə MÜRACİƏT ETDİ
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
Sürücülər üçün vacib xəbər- BUNDAN SONRA...
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
DYP -dən sürücülərə MÜRACİƏT
DYP-dən sürücülərə müraciət
Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - 2 ay vaxt qalıb
Yol polisi sürücülərə müraciət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 