"Premyer Liqanın bərpası ilə bağlı işlər Nazirlər Kabinetinin qərarına uyğun davam etdiriləcək". ONN media xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın mümkün bərpasının təxirə düşməsi ilə bağlı danışarkən deyib. Qurum rəsmisi bildirib ki, hələlik bununla bağlı yenilik yoxdur: "Bilirsiniz ki, karantin rejimi mayın 31-dək uzadılıb. Hələ ki son məlumat budur. Operativ Qərargahdan hər hansı yeni xəbər alsaq, rəhbərlik bizə nə isə desə, ictimaiyyətə informasiya veriləcək". Milli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat verməlidirlər. A.Şahgəldiyev bununla bağlı qitə futbol qurumuna cavab verməyə tələsmədiklərini söyləyib: "Həmin tarixə 21 gün vaxt var. Bunu indidən niyə açıqlayaq ki? Açığı, hər hansı cavab da hazırlamamışıq. Çünki vaxtımız var. Həmin gün yetişəndə hansı qərar qəbul olunsa, məlumat veriləcək". Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.//Report
Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı QƏRAR VERİLDİ



Azərbaycanda mövsüm iki halda ləğv edilə bilər
"Qarabağ"ın oyunu təxirə salındı
Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ
UEFA AFFA-nın qərarını təsdiqlədi
Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMA
"Qarabağ"ın oyunu təxirə salındı
"Qarabağ"ın oyunu təxirə salındı
Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA
"Qarabağ"ın təxirə salınmış oyunu nə vaxt keçiriləcək?
190 manat birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək? – RƏSMİ AÇIQLAMA
ŞOK: Koronavirus "Liverpul"u çempionluqdan edə bilər
“Qarabağ” nə vaxt Xankəndidə meydana çıxacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 