Aprelin 24-də Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv liqaların nümayəndələrinin növbəti videokonfransı keçirilib.
Bu barədə Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər yayıb. PFL nümayəndəsinin də iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu UEFA-nın 1 gün öncə İcraiyyə Komitəsinin iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi olub. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat veriblər.
Konfransa sədrlik edən qurumun prezidenti Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirib ki, şərtlər uyğun olduğu halda çempionatları tam şəkildə başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat versinlər. Bu, UEFA İK-nin verdiyi qərara əsasən tələb olunan tarixdir. Belə ki, sözügedən qərara əsasən yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər:
1) Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbi ilə növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;
2) Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq, ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.
Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir, əks təqdirdə qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.
UEFA nəzdində fəaliyyət göstərən 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsinin konfrans iştirakçıları önündə çıxışında hazırda işçi qrupun 2 mümkün ssenari üzərində çalışdığı və çempionatları tamamlamaq üçün tarixin ən geci iyul ayının sonu, yaxud avqust ayının əvvəli nəzərdə tutulduğu bildirilib. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/20 klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel şəkildə keçirmək niyyətindədir. Ancaq bu, hər bir halda son variant deyil və işçi qrup may ayının ortasına kimi 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək



Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı QƏRAR VERİLDİ
UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK
Futbol üzrə Avropa çempionatları LƏĞV EDİLDİ
UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq
UEFA AFFA-nın qərarını təsdiqlədi
UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi
UEFA Qarabağın istəyinə rədd cavabı verdi
"Qarabağ”ın rəqibi bəlli oldu
UEFA Avropa Liqasının final görüşünün stadionu MƏLUM OLDU
Putin UEFA-nı hədələdi: "Final başqa ölkəyə verilsə..."
UEFA-dan Qarabağla bağlı paylaşım
UEFA-dan ŞOK QƏRAR: Onların medalı ləğv edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 