UEFA Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların adları ilə bağlı AFFA İcraiyyə Komitəsinin qərarına ilk təsdiq cavabı verib. ONN media xəbər verir ki, Avropa futbol qurumuna göndərilmiş qərara cavab milli assosiasiyaya daxil olub. Həmin sənədə əsasən, "Qarabağ" Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək. Qeyd olunmuş klubların UEFA-nın klub turnirlərində iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq. Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iyunun 18-də keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının dayandırılması barədə qərar qəbul olunub. COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. / Report
UEFA AFFA-nın qərarını təsdiqlədi



UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK
"Turan Tovuz" və "Kəpəz" Premyer Liqada
“Qarabağ” növbəti dəfə ölkə çempionu oldu
UEFA millimizə və “Qarabağ”a QADAĞA QOYDU
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
"Qarabağ"ın oyunu təxirə salındı
UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq
FİFA-nın yeni qaydası ölkəmizdə də təsdiqləndi - QƏRAR
Avropanın nəhəng klubları Superliqa yaradır
AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
AFFA-da İSTEFA
Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 