Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə I Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib. ONN media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub: 1. I Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, I Divizionda mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə uyğun olaraq qalibin elan olunsun. 2. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun. 3. Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənsin (FİFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq). 4. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən keçirilsin. Qeyd: Premyer Liqa, I Divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və klublar tərəfindən müsbət münasibət bildirilib.
FİFA-nın yeni qaydası ölkəmizdə də təsdiqləndi - QƏRAR



UEFA AFFA-nın qərarını təsdiqlədi
Azərbaycan futbolunda İNQİLABİ QƏRAR
“Qarabağ” növbəti dəfə ölkə çempionu oldu
AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
Azərbaycanda iki oyunçu futboldan kənarlaşdırıldı - NİYƏ?
Azərbaycan kuboku LƏĞV OLUNDU
Azərbaycanda 7 nəfər futboldan uzaqlaşdırıldı
Niderland çempionatında mövsüm ləğv olundu
AFFA yarışların təxirəsalınma müddətini uzatdı
"Qarabağ"ın oyunu təxirə salındı
AFFA-da İSTEFA
Bu çempionat ləğv olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 