AFFA-da bu gün 2018/2019 mövsümü ilə bağlı iclas keçirilib.
ONN media-nın əldə etdiyi məlumata görə, növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq səkkiz klubun əvəzedici komandalarının çempionatı keçirilməyəcək.
Həmin əvəzedici komandalar I divizionda mübarizə aparacaq. Lakin bu komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər.
I divizionda əsas heyətdə futbolçuların yaş limiti 4+6+1 kimi olacaq. Yəni, dörd nəfər 1998-ci ilə qədər doğulan, altı nəfər 1998, 1999, 2000-ci il təvəllüdlü olan və bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq.
Premyer Liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular I divizionda oynaya biləcək. I divizionda 12-14 komandanın mübarizə aparması nəzərdə tutulub. Komanda sayı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah”ın əvəzedici komandalarından başqa, I divizionda iştirakı dəqiqləşənlər MOİK və “Şüvəlan” klublarıdır. Ötən mövsüm I divizionda çıxış etmiş “Binə” və “Xəzər” klubları isə dağılıb.



Yeni nazir bu vəzifədən istefa verdi
Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vuruldu
Azərbaycan Premyer Liqasında 32-ci mövsüm başlayır
AFFA "Qəbələ"yə pul ayıracaq
Qurban Qurbanovdan sərt qərar
"Neftçi" "Qarabağ"a qalib gəlir - CANLI
Azərbaycan Premyer Liqasında yeni mövsüm BAŞLADI
"Qəbələ" "Neftçi"yə böyük hesabla məğlub oldu
Azərbaycanda 7 nəfər futboldan uzaqlaşdırıldı
FİFA-nın yeni qaydası ölkəmizdə də təsdiqləndi - QƏRAR
Azərbaycan futbolunda İNQİLABİ QƏRAR
Premyer Liqada 16-cı tur başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 