Bu ilin yanvar ayında Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və yaxud ötən ilin eyni ayı ilə müqayisədə 16,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ONN media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 30,7%-i Rusiya, 24,5 %-i Gürcüstan, 13%-i Türkiyə, 7,2%-i İran, 4,4%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2%-i Ukrayna, 1,7%-i İraq, 16,2%-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, illik müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. İrandan gələnlərin sayında isə 5,3% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2% artaraq 32,9 min nəfər olub.
Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9% artaraq 67,3 min nəfər olub.
Ölkəyə gələnlərin 62%-i dəmir yolu və avtomobil, 37,3%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3% azalaraq 299,3 min nəfər olub. Ölkə vətəndaşlarının 32,6%-i Gürcüstana, 23,8%-i İrana, 23,4%-i Rusiyaya, 12,5%-i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,5%-i BƏƏ-yə, 4,3 %-i isə digər ölkələrə səfər edib.
Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 78,3%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.



Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
Azərbaycana turist axını iki dəfədən çox artdı
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Bu il Azərbaycana nə qədər turist gəlib?
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Azərbaycanda hotellərdə gecələmələr kəskin artıb
Azərbaycanlılar xarici səfər üçün ən çox hansı ölkəni seçirlər?
Xaricə gedən azərbaycanlıların sayı AÇIQLANDI
Pandemiya dövründə xaricə gedənlərin sayı MƏLUM OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 