Ötən həftədən etibarən Naxçıvanda ilk çimərlik futbolu meydançasının inşasına başlanılıb. ONN media xəbər verir ki, meydança Uzunoba çimərliyinin ərazisində eni 30, uzunluğu 40 metr olan sahəni əhatə edir. Hazırda ərazidə xüsusi texnika vasitələri ilə hamarlama işləri aparılır. Mövcud perspektivlər nəzərə alınaraq yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə meydançada çimərlik futbolu üzrə turnirlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
Naxçıvanda ilk çimərlik futbolu meydançası inşa edilir



Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir
Prezident Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Məktəblərdə idman zalları bağlanır? – Rəsmi
MN rəsmi məlumat yaydı
Naxçıvanda yeni tibb müəssisələri yaradıldı
Naxçıvanda görülən işlər göz önündədir – Millət vəkili
Nazir təyin edilən Ramil Hacı kimdir?
Prezident yeni məşq binasında
İlham Əliyev sərəncam imzaladı
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi
Ərəblərdən tarixi silkələyən QƏRAR - İLK DƏFƏ...
Naxçıvanda şənlik davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 