İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir.
Nazirliyin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.
Sonra Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastuktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır. Görüşdə "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi"nin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi qeyd edilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat - tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat - tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.



Azərbaycan nümayəndə heyəti Özbəkistana gedəcək
Azərbaycan nümayəndə heyəti Çinə gedir
Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
İqtisadiyyat naziri Çinə səfər edəcək
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Türkiyəli nazir Azərbaycana gəlib
Pakistan HHQ-nin nümayəndə heyəti BAKIYA GƏLDİ
Şahin Mustafayev iranlı nazirlə görüşdü
Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb
Əli Əsədov Özkaya ilə görüşdü
Şahin Mustafayev İrana səfər edəcək
Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 