ONN media Olaylara istinadən xəbər veri ki, İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Nazir Şahin Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi barədə geniş məlumat verib və qeyd edib ki, İran tərəfindən Azərbaycana ümumilikdə 3,1 mlrd. ABŞ dolları investisiya yatırılıb ki, bunun da 2,95 mlrd. dolları neft sektoruna qoyulub.
Neft-qaz sahəsində Azərbaycan və İran şirkətlərinin fəaliyyətini qeyd edən iqtisadiyyat naziri təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, neft-qaz maşınqayırması avadanlıqlarının Azərbaycanda birgə istehsalı, neft-kimya sahəsində əməkdaşlıq və s. məsələlərə dair fikirlərini bildirib.



Şahin Mustafayev iranlı nazirlə görüşdü
Azərbaycan və Koreya arasında saziş imzalandı
Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər
İranın ilk təyyarəsi Füzuliyə endi
Azərbaycanın energetika naziri İranda səfərdə olub
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Nazir
Şahin Mustafayev İran səfiri ilə görüşüb
İrandan dünyaya NEFT MESAJI
Azərbaycan nümayəndə heyəti Çinə gedir
İlham Əliyev iranlı naziri qəbul etdi
Bu gün Azərbaycanla İran arasında yeni sənəd imzalanacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 