ONN media xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 6-7 may 2018-ci il tarixində İran İslam Respublikasında səfərdə olub.
Səfər çərçivəsində energetika naziri Tehranda keçirilən 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya sərgisində iştirak edib və bir sıra görüşlər keçirib. İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşdə iki ölkə arasında neft-qaz sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, eləcə də 2018-ci il martın 28-də imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər müzakirə edilib. Bildirilib ki, İran Milli Neft Şirkəti (NİOC) “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri layihələrində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq Xəzər dənizində müvafiq blokların işlənməsi ilə yeni mərhələyə daxil olacaq.
Görüşdən sonra energetika naziri Pərviz Şahbazov və nümayəndə heyəti sərgi ilə tanış olub və SOCAR-ın sərgidəki pavilyonuna baş çəkib.
Energetika naziri Pərviz Şahbazov İranın energetika naziri Reza Ardakanian ilə də görüşüb. Söhbət zamanı iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alıq-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib. Görüşdə həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.
Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”in icrası məqsədilə yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası keçirilib. İclasda bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib, növbəti tədbirlər müəyyənləşdirilib.
Energetika naziri həmçinin İranın Turbin Mühəndisliyi və İstehsalat Şirkətinə (MAPNA) baş çəkib, şirkətin fəaliyyəti ilə tanış olub. Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.



Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan və İran Xəzərdə əməkdaşlığa başlayır
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
İrandan dünyaya NEFT MESAJI
Energetika nazirliyində növbəti görüş keçirilib
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 