Bakıda avqust ayında təkrar mənzillərin qiyməti bir kvadrat metr üçün 943 dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 1,57 faiz çoxdur.
ONN media xəbər verir ki, bu barədə trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ilin əvvəlindən təkrar mənzil bazarında qiymətlər 3,87 faiz azalıb, 2017-ci ilin avqustu ilə müqayisədə isə 2,17 faiz artıb:
"Bazarda təklif olunan mənzillərin orta qiyməti 124,23 min dollara çatıb. Mənzillərin kirayə dəyəri orta hesabla 526 dollar təşkil edib".
Daşınmaz əmlak bazarının digər seqmentlərindən danışan ekspert qeyd edib ki, torpaq bazarında qiymətlər artıb, kommersiya obyektləri bazarında isə azalıb:
"Avqust ayında torpaq bazarında qiymətlər 0,24 faiz, ilin əvvəlindən 7,41 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,04 faiz artıb. Kommersiya obyektləri bazarında qiymətlər bir ay ərzində 0,72 faiz, ilin əvvəlindən 0,95 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 5,89 faiz azalıb".
Ekspert əlavə edib ki, payızın yaxınlaşması ilə əlaqədar şəhərkənarı və bağ evlərinin qiyməti cüzi azalıb:
"Avqust ayında orta qiymət 114,96 min dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,49 faiz azalıb, ilin əvvəlindən isə 28,92 faiz artıb".



Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR dəyişdi
Bakıda mənzillərin qiyməti qalxıb
Bakının mənzil bazarında artım
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Mənzil almaq istəyənlərə şad xəbər
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Mənzil almaq istəyənlərə şad xəbər
Bakıda mənzillərin qiyməti artıb?
Bakıda mənzillər ucuzlaşıb, torpaq isə...
Mənzillərin qiyməti ilə bağlı AÇIQLAMA
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 