2018-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər iyun ayı ilə müqayisədə 2,06 faiz artıb.
ONN media xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ay ərzində bahalaşma ticarət obyektləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:
“Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 0,28 faiz, təkrar mənzil bazarında 0,1 faiz, torpaq bazarında 3,71 faiz, fərdi evlər və bağ evləri bazarında 2,64 faiz artıb. Mənzil kirayəsi 3,98 faiz, kommersiya obyektlərinin icarəsi 1,32 faiz bahalaşıb. Kommersiya obyektləri bazarında isə qiymətlər iyun ayında 0,26 faiz azalıb”.
N.İbrahimov qeyd edib ki, iyul ayında qiymətlərin artması bazar üçün iyun ayındakı azalmadan sonra adi bərpa halıdır.
Ekspert əlavə edib ki, ötən ilin iyul ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 1,7 faiz artıb. Onun sözlərinə görə, bu, ticarət obyektlərinin icarəsi və torpaq bazarında bahalaşma ilə əlaqədardır:
“Ötən ilin iyul ayı ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 5,44 faiz, torpaq bazarında 12,1 faiz, kommersiya obyektlərinin icarəsi bazarında 14,51 faiz artıb. Eyni zamanda, ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, kommersiya obyektləri bazarında qiymətlər 8,98 faiz, mənzil kirayəsi bazarında 3,56 faiz, fərdi və bağ evləri bazarında 5,22 faiz ucuzlaşıb”.



Bakıda mənzillərin qiyməti qalxıb
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR dəyişdi
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Yenidən mənzil və torpaq bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Bakıda mənzillərin qiyməti artıb?
Mənzillərin qiyməti ilə bağlı AÇIQLAMA
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Ev almaq istəyənlərə pis xəbər
Bakıda mənzillər ucuzlaşıb, torpaq isə...
Bakıda kirayə ev götürmək istəyənlərə ÜZÜCÜ XƏBƏR
Mənzil almaq istəyənlərə şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 