Bu ilin yanvar-may aylarında Azərbaycan 23 ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
ONN media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq - 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 354,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20% az) 3 min 995 kiloqram (-33%), Amerika Birləşmiş Ştatlarından 340,3 milyon ABŞ dolları dəyərində 3 min 345 kiloqram (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 262,2 milyon ABŞ dolları dəyərində 2 min 557 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 256,7 milyon ABŞ dolları dəyərində 2 min 771 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən qızıl tədarükü (4,1 milyon ABŞ dolları dəyərində 38,2 kiloqram) həyata keçirilib.
2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.
Bu ilin ilk 5 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 121,3 milyon ABŞ dolları dəyərində 1 751 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 2,7 dəfə və 46% çoxdur



Azərbaycan Gürcüstana təcili yardım göstərdi- NƏ BAŞ VERİR?
Yunus Oğuza ağır itki üz verib
Azərbaycan nefti bahalaşdı
Azərbaycan hansı ölkələrə neft ixrac edir?
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artacaq
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL
Unun son topdansatış qiymətləri AÇIQLANDI
İlin ən çox qazanan idmançısının adı açıqlanıb
Sabah bu ərazilərdə qaz olmayacaq
4 İyul Məmməd Dəmirçioğlünün doğulduğu gündür
Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 