Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0.2, xərclərimiz 0.3% artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox - 2.4 % artacaq.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.
“Dövlət büdcəsində 1 barrel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur. Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barrel xam neftin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1 barrel xam neftin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir.
Gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57.4 % proqnozlaşdırılmasıdır. Bu ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52.3% nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımından təqdirəlayiqdir.
Gələn il müdafiə və milli təhlükəsizlik üçün 8.7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə isə 7.6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4.8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 11,7% proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54% qədər çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40%-dən çoxunu təşkil edəcəyi gözlənilir”, - o bildirib.
Ekspert qeyd edib ki, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq:
“Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.



Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Əsədovdan qərar: bu məlumatlar Prezidentə təqdim edildi
Neftin qiyməti maaş, pensiya, müavinət və təqaüdlərə təsir göstərəcək? - AÇIQLAMA
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
Gələn ilin büdcəsi II oxunuşda qəbul edildi
Dünya bazarında neftə tələb artdı - Ekspert
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Pensiya və maaşlar nə qədər artacaq?
Əhaliyə ŞAD XƏBƏR - Maaş, pensiya və müavinətlər artacaq - 2 MİLYARD AYRILDI
Rusiyaya ağır qadağa gəlir: Bakı da qazanacaq…
Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 