Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi?
ONN media Azpolitiko.info-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc internet tariflərinin bahalaşmasının təkcə Azərbaycanla bağlı məsələ olmadığını bildirib.
Onun sözlərinə görə, dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur:
“Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, eləcə də işçilərin əməkhaqlarının artması operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir”.
V.Oruc qeyd edib ki, 2025-ci ildə bir sıra qonşu ölkələrdə internet tariflərində 10–40 faiz aralığında artımlar qeydə alınıb:
“Ən ciddi artım qardaş Türkiyədə müşahidə olunub. Son iki ildə bu ölkədə internet tarifləri təqribən 40 faiz bahalaşıb. Rusiya, Ermənistan və Gürcüstanda isə qiymət artımı 10–20 faiz civarında olub. Bu proses təbii hesab edilir”.
Ekspertin sözlərinə görə, əvvəlki illərdə də bəzi provayderlər qiymət artımına gediblər:
“İnternet paketləri 18 manatdan 25 manata, 25 manatdan isə 30 manata qaldırılıb ki, bu da 30–40 faizlik artım deməkdir”.
Vüqar Oruc 2026-cı ildə də internet tariflərində artım ehtimalının olduğunu bildirib. Onun fikrincə, ötən il ciddi bahalaşma baş verdiyi üçün növbəti ildə kəskin artım gözlənilmir:
“Ehtimal edirəm ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür”.
Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...



Əli Əsədov qiymət artımından danışdı
Azərbaycanda elektrik enerjisinin qiyməti artırılır? - RƏSMİ
Marketlərdə polietilen torbalar niyə bahalaşdı?
Bu xidmətlərin sayı azaldılacaq- Prezident təsdiqlədi
Gələn ildən qiymət artımları davam edəcək və... - DEPUTAT AÇIQLADI
Gələn il bu məhsulların qiyməti arta bilər - SİYAHI
Ev almaq istəyənlər üçün vacib XƏBƏR
Bu axşam Bakıda İNTERNET OLMAYACAQ
Azərbaycanda əhalinin ərzaq xərcləri artdı – Nəyə nə qədər pul xərcləyirik?
Azərbaycanda internetin qiyməti artacaq? - AÇIQLAMA
Aptek və marketlərdə qiymət ucuzlaşacaq?
Ermənistana BÖYÜK ŞOK: Bu aydan etibarən...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 