Son günlər ölkəmizdə müşahidə olunan intensiv yağışların kənd təsərrüfatına təsiri həm müsbət, həm də mənfi istiqamətdə özünü göstərə bilər. Yaz mövsümündə yağıntılar torpağın rütubətini artıraraq bəzi bitkilərin inkişafına şərait yaratsa da, qeyri-sabit hava şəraiti, güclü yağış və fırtınalar əkin sahələrində zərərə səbəb olur. Artıq yüzlərlə hektar ərazidə müəyyən problemlər qeydə alınıb və bu, məhsuldarlığa mənfi təsir göstərir. Eyni zamanda, artıq suyun yığılması kök çürüməsi və xəstəliklərin yayılması riskini artırır.
Bu sözləri açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli kənd təsərrüfatına hava şəraitinin təsirindən danışarkən deyib.
O bildirib ki, bazarda müşahidə olunan meyvə və tərəvəz qiymətlərindəki artımda hava faktorunun rolu olsa da, bunu yalnız yağışlarla əlaqələndirmək düzgün deyil:
“Qiymət artımına təsir edən əsas amillər arasında kənd təsərrüfatı məhsullarının ixracının artması, logistika və daşınma xərclərinin yüksəlməsi, qlobal ərzaq bazarındakı tendensiyalar və mövsümi dalğalanmalar da yer alır.
Azərbaycan xarici bazarlara meyvə və tərəvəz ixracını artırdıqca daxili bazarda təklif azalır və bu da qiymətlərə təzyiq göstərir. Ən çox bahalaşan məhsullar barədə konkret rəsmi statistik məlumat yoxdur, amma bazar iştirakçılarının dediklərinə görə, pomidor, xiyar, bəzi yerli meyvələr və digər tərəvəzlərdə qiymət yüksəlib. Bu, həm təklif‑tələb balansı, həm də ixrac və logistika xərclərinə görə dəyişir”
Hansı məhsullar yenidən bahalaşa bilər?



"QIŞIN QARSIZ KEÇMƏSİ KƏND TƏSƏRRÜFATINI İFLİC EDƏ BİLƏR" - SU TAPILMAYACAQ
Ətin qiyməti kəskin artdı
Marketlərdə polietilen torbalar niyə bahalaşdı?
Azərbaycanda bu məhsullar bahalaşacaq
Umayra Tağıyevadan mühüm açıqlama
Azərbaycana isti havalar gəlir
Ev tikmək istəyənlərə şad xəbər
Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ
Ölkəmizdə yumurta bahalaşacaq?
Ölkədə ərzaq qıtlığı yaşanacaqmı? - RƏSMİ
Bu məhsullar ağızda bakteriyaları artırır və dişləri korlayır
Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 