Qlobal enerji və qiymətli metallar bazarında ciddi dalğalanmalar müşahidə olunur. ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs fonunda "Brent" markalı neftin qiyməti kəskin enərək təxminən 91–92 dollar/barel səviyyəsinə düşüb.
ONN media-nın məlumatına görə, qeyri-müəyyənlik faktorunun hələ də qalması səbəbindən qızıl bazarında yüksək qiymətlər qorunur və unsiya üzrə qiymət təxminən 4700-4800 dollar intervalında dəyişir .
Mövcud geosiyasi şərait bir daha göstərir ki, enerji və qiymətli metallar bazarında qiymətlərin formalaşması yalnız müharibə və ya sülh faktorları ilə məhdudlaşmır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun da vurğuladığı kimi, bu proseslər daha geniş – qlobal tələb, istehsal qərarları və beynəlxalq iqtisadi münasibətlərin təsiri altında formalaşır:
"Neft və qızılın qiymətləri təkcə müharibə faktorundan asılı deyil. Neftin dünya bazarındakı qiyməti əsasən OPEC və ona bağlı qurumların qərarlarından, həmçinin Çin, ABŞ kimi böyük istehlakçı ölkələrin tələbat səviyyəsindən asılıdır.
Müharibə müəyyən təsir göstərsə də, əsas qərarlar bu qurumlar tərəfindən müəyyən edilir və qiymətlərin dəyişməsi də həmin amillərlə bağlı olur. Qızılın qiymətinə gəldikdə isə, qeyri-müəyyənlik və müharibə şəraitində adətən qiymətlər artır. Amma sülh şəraiti formalaşarsa, müəyyən müddətdən sonra qiymətlərin sabitləşməsi və ya azalması mümkündür.
Ümumilikdə isə dünya iqtisadiyyatı hazırda elə bir mərhələdədir ki, iqtisadi və siyasi münasibətlər yaxın perspektivdə daha çox qarşılıqlı asılılıq, risklərin bölüşdürülməsi və yeni balans axtarışları ilə müşayiət olunacaq".



Neft niyə kəskin ucuzlaşdı?
Azərbaycan nefti bahalaşır
Dünya bazarında neftə tələb artdı - Ekspert
Qızılın qiyməti kəskin artıb
Azərbaycan nefti bahalaşdı
Neftin qiyməti ilə bağlı şad xəbər
Neftin qiyməti qalxdı
Qızılın qiyməti yenidən tarixi rekord vurdu – 5 min dollar olacaq?
Qızılın qiyməti 5 min dolları ötdü
Neftin son qiyməti açıqlandı
Dünya bazarında neftin qiyməti ilə bağlı ÜZÜCÜ XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 