2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 19 mlrd. 886,4 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Bakı şəhər Statistika İdarəsindən ONN media-ya verilən məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 1,5% üstələyərək 19 mlrd. 7,1 mln. manat olub.
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artaraq 15 mlrd. 108,2 mln. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-oktyabr aylarının səviyyəsini 2,7% üstələyərək 15 mlrd. 103,5 mln. manat təşkil edib.
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 93,5 manat daha çox vəsait xərcləyib.
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 6 mlrd. 861,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 8 mlrd. 246,6 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,9% artaraq 45,4% təşkil edib.



Bakı əhalisi 6 ayda nə qədər pul xərcləyib?
Azərbaycanda ən çox nəyə pul xərclənilir? — SİYAHI
Bakı əhalisi qeyri-ərzaq məhsullarına nə qədər xərcləyib?
Əhali 11 ayda ərzağa nə qədər xərcləyib?
Əhali dərmana nə qədər pul xərcləyib?
Əhali 8 ayda nə qədər pul xərcləyib?
Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?
Əhali bir ayda ərzağa nə qədər pul xərcləyib?
DİQQƏT- Bu məhsulların qiyməti bahalaşdı
Ticarət şəbəkələrində 11 ayda 21,5 milyard pul xərclənib
Bakıda əhali ərzaq, içki və tütünə nə qədər pul xərcləyib?
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 