Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarına çıxışı təmin edəcək Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı iyunun 12-də Əskişəhərdə baş tutacaq.
ONN media Oxu.Az istinadən xəbər verir ki, mərasimə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları, eləcə də Avropa Birliyinin enerji nazirləri qatılacaq.
TANAP üzrə ilk qaz iyunun 30-da ötürüləcək. İlin sonuna qədər kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunacaq.
Türkiyə mətbuatı yazır ki, açılış mərasimi ilə bağlı Əskişəhərdə hazırlıqlar sürətləndirilib. Bildirilir ki, xəttin Əskişəhərdən keçən hissəsində işlərin böyük qismi tamamlanıb. Boru kəmərində lazımlı testlər aparılaraq, qaz axınının qarşısında maneə olmadığı qənaətinə gəlinib.
Qeyd olunur ki, boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr proqnozlaşdırılır. Bu həcmin altı milyard kubmetri Türkiyəyə, yerdə qalan hissəsi isə Avropaya ötürüləcək.
TANAP-ın Əskişəhər və Trakya arasındakı bölümünün inşası 2019-cu ildə tamamlanacaq. BOTAŞ həm də Trakya xətti üzərində qaz ala biləcək. Beləliklə TANAP Türkiyənin qaza olan tələbatının 10 faizini ödəmiş olacaq.



TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb
TANAP vasitəsilə sınaq qaz tədarükü başlayıb
Sabah Türkiyədə TANAP-ın açılış mərasimi keçiriləcək
Əliyev və Ərdoğan TANAP-ı işə salacaq
TANAP yayda hazır vəziyyətə gətiriləcək
TANAP-ın tikintisi bu tarixdə yekunlaşacaq - Açıqlama
TANAP kompressor stansiyaları ilə bağlı son vəziyyət necədir?
Azərbaycan, Türkiyə və Avropa üçün TARİXİ GÜN
TANAP nəvaxt istifadəyə veriləcək?
Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir
TANAP layihəsinin açılış mərasimi keçirilir
TAP layihəsinin 90,7 faizi reallaşdırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 